İsrailin baş naziri Benyamin Netanyahu Almaniya kansleri Fridrix Merzlə telefon danışığı zamanı Almaniya hökumətinin Təl-Əvivə silah tədarükünü dayandırmaq qərarından narazılığını bildirib.
1xeber.media xəbər verir ki, bu barədə avqustun 8-də İsrail baş nazirinin dəftərxanası məlumat yayıb.
"Baş nazir Benyamin Netanyahu bu gün axşam saatlarında Almaniya kansleri Fridrix Merzlə danışıb və Merzin İsrailə silah embarqosu tətbiq etmək qərarından məyus olduğunu bildirib", ofisin X sosial şəbəkə səhifəsində deyilir.
İsrail baş nazirinin sözlərinə görə, Almaniya embarqo tətbiq etməklə və İsrailin HƏMAS-a qarşı hərəkətlərini dəstəkləməməklə guya “terrorçuluğu təşviq edir”. Netanyahu qeyd edib ki, “İsrailin məqsədi Qəzzanı işğal etmək deyil, onu HƏMAS-dan azad etməkdir”.