Вернуться назад Распечатать

Tramp Ağ Evin açarını Əliyevə HƏDİYYƏ ETDİ

ABŞ Prezidenti Donald Tramp Azərbaycan lideri İlham Əliyevlə ikitərəfli görüş zamanı ona xüsusi hədiyyə təqdim edib.

1xeber.media  xəbər verir ki, sözügedən hədiyyə Trampın özünün şəxsən hazırlatdığı açardır.

 Bu açarı dəyərli edən onun qızıldan hazırlanmasından çox, Ağ Evin giriş qapısını açmasıdır.

Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edən Prezident Donald Tramp  "Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm"-deyə bildirib..

Qeyd edək ki, Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya, amerikalı milyarder İlon Maska da həmin hədiyyəni təqdim edib.