Вернуться назад Распечатать

Sülh sazişinin mətni nə zaman DƏRC EDİLƏCƏK?

Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin mətni 11 avqustda dərc ediləcək.

 1xeber.media  xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

 "Azərbaycanla əldə edilmiş razılaşmaya uyğun olaraq, paraflanmış sazişin mətni bazar ertəsi, 11 avqust axşamı dərc ediləcək", - xarici siyasət idarəsinin məlumatında qeyd olunur.

 Xatırladaq ki, mətni Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov imzalayıblar.