Вернуться назад Распечатать

Səudiyyədən sülh razılaşması ilə bağlı açıqlama

ABŞ-ın iştirakı ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülh razılaşmasını alqışlayırıq.

1xeber.media  xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) bəyanatında bildirilib.

Bəyanatda, iki dövlətin xalqlarının və Qafqaz regionunun mənafeyinə xidmət edəcək bu razılaşmanın Ermənistan və Azərbaycan arasında anlaşmanın, əməkdaşlığın, təhlükəsizlik və sabitliyin yeni mərhələsinin başlanğıcını təşkil edəcəyinə inam ifadə edilib.