Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot rəsmi Parisi Ukraynanı maliyyələşdirməyi və silah tədarükünü dayandırmağa çağırıb.
1xeber.media xəbər verir ki, O, bunu Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Trampın Alyaskada planlaşdırılan sammitini şərh edərkən deyib.
"Fransa Ukraynanı maliyyələşdirməyi və silahlandırmağı dayandırmalı və sülh naminə bu inanılmaz hərəkata qoşulmalıdır!" Filippot X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O, həmçinin əlavə edib ki, “hərbiləşdirilmiş fanatiklər, neokonservatorlar və avro-idiotlar” Rusiya və ABŞ liderlərinin sammit keçirmək planlarını eşidəndən sonra indi tam qarışıqlıq içindədirlər.