Braziliyada yük maşını ilə şəhərlərarası avtobusun toqquşması nəticəsində azı 11 nəfər ölüb.
1xeber.media xəbər verir ki, bu barədə Reuters agentliyi Braziliya polisinə istinadən məlumat yayıb.
"Braziliyanın mərkəzi-qərbində yerləşən Mato Qrosso ştatında avtobus və yük maşınının toqquşması nəticəsində 11 nəfər ölüb, 45 nəfər yaralanıb", - məlumatda deyilir.
Polisin məlumatına görə, qəza nəticəsində xəsarət alanlardan 11-nin vəziyyəti ağır, 26-nın vəziyyəti orta ağır, daha 8 nəfər isə yüngül xəsarət alıb, onların hamısı xəstəxanalara çatdırılıb.
Qəza Braziliyanın mərkəzində yerləşən Kuyaba şəhərindən (Mato Qrosso ştatının paytaxtı) 360 km aralıda magistral yolda baş verib.
Ötən gün ABŞ-ın Texas ştatında baş verən yol qəzasında beş qız həlak olub. Qızlar ad günlərindən birini göl evində qeyd etmək üçün Dallasdan Kinqslendə Mercedes-Benz SUV ilə gedirdilər. Oraya çatmazdan bir qədər əvvəl onların avtomobili qoşqulu yük maşını ilə toqquşub və qəflətən qarşıdan gələn zolağa çıxıb.
Avqustun 7-də Sudanın şimal-şərqində tur avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 13 nəfər ölüb, 23 nəfər yaralanıb. Ölümlə nəticələnən qəzaya sürət həddinin aşılması, düzgün keçməməsi və sürücülərdən birinin səhlənkarlığı səbəb olub.