Вернуться назад Распечатать

Makron Ukraynadakı nizamlanma ilə bağlı açıqlama verib

Avropa ölkələrindən Ukrayna böhranının həllində fəal iştirak tələb olunacaq.

1xeber.media xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron X-də deyib.

“Avropalılar da şübhəsiz ki, həllin bir hissəsi olacaqlar, çünki bu, öz təhlükəsizliyi ilə bağlıdır”, o yazır.

Fransa lideri onu da qeyd edib ki, Ukraynanın gələcəyi yalnız ukraynalıların iştirakı ilə həll edilməlidir. O, Avropanın Kiyevə dəstəyini davam etdirəcəyini vurğulayıb.

Bundan əvvəl Makron Ukraynada atəşkəs rejimini dəstəkləyib. Bu, Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı zamanı baş verib.