1xeber.media xəbər verir ki, ölkənin cənubundakı Tire şəhərində silah anbarında baş verən partlayış nəticəsində 6 əsgər həlak olub, bir neçə nəfər yaralanıb.
“Cənubdakı Tir şəhərində silah anbarına baxış və sökülmə zamanı baş verən partlayış nəticəsində 6 əsgər həlak olub, bir neçə əsgər isə yaralanıb”, - məlumatda deyilir.
Bildirilib ki, insident hərbçilərin anbarın içindəkiləri yoxlayaraq təmizləyərkən baş verib. Hazırda partlayışın səbəbləri araşdırılır.