Вернуться назад Распечатать

Sülh razılaşması heç kimi sevindirməyəcək

ABŞ hazırkı təmas xəttinə əsaslanan razılaşmanı Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağın açarı hesab edir.

1xeber.media xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.

"Bundan nə çıxacaq? Əslində hər şey çox sadədir. Rusiya ilə Ukraynanın hazırkı təmas xəttini nəzərə alsaq, çalışacağıq ki, ukraynalılar və ruslar yaşaya bilsinlər, nisbi sülh şəraitində yaşasınlar, qətllər dayansın, hansısa danışıqlar yolu ilə həll tapsın ", - o bildirib.

Eyni zamanda, Vens etiraf edib ki, sülh şərtlərinin həm Ukraynanı, həm də Rusiyanı sevindirməsi mümkün deyil.

"Bu (sülh müqaviləsinin şərtləri - red.) heç kimi sevindirməyəcək. Yəqin ki, ruslar da, ukraynalılar da razı qalmayacaq".