Вернуться назад Распечатать

19 ailə Xocalıya yola salınacaq

Böyük Qayıdış proqramı çərçivəsində avqustun 12-də Xocalı rayonunun Xanyurdu kəndinə daha 62 nəfərdən ibarət 19 ailə yola salınacaq.

1xeber.media xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Onlar uzun illər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Qeyd edək ki, hazırda Xocalı şəhəri, Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində 340-dan çox ailə yaşayır.