Вернуться назад Распечатать

Rus bölməsinə qəbulun daynadırılması xəbərinə RƏSMİ REAKSİYA

Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayıb.

Bütün qruplar üzrə ixtisas seçimi avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.
1xeber.media bildirir ki, modern.az saytı ötən illə builki ixtisas seçiminin müqayisəsini apararkən maraqlı məlumata şahid olub.
Araşdırma zamanı məlum olub ki, bu il bəzi universitetlərdə rus dili bölməsinə ixtisas seçimi aparılmayacaq.
Belə ki, “Abituriyent” jurnalının 2025-ci ilin 4-cü nömrəsindəki bir sıra ali təhsil müəssisələrinin ixtisas siyahısında rus dili bölməsinə müsabiqə ləğv olunub. Halbuki ötən il həmin ixtisaslar üzrə rus dili bölməsinə qəbul həyata keçirilib.
Məsələ ilə bağlı DİM-lə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, rus sektoruna ixtisas seçimi aparılacaq: "Rus sektoru üzrə ixtisas seçiminə dair elanlar həmişə olduğu kimi, ayrıca jurnalda çap olunacaq".