Вернуться назад Распечатать

Kreml Putin-Tramp görüşündən sonra sülh proqnozlaşdırır

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın avqustun 15-də Alyaskada görüşü ümid və sülh gətirəcək.

1xeber.media xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev X sosial şəbəkəsində bildirib.

"Neokonlar və digər müharibə qızışdırıcıları 2025-ci il avqustun 15-də gülümsəməyəcəklər. Putin və Tramp arasında dialoq ümid, sülh və qlobal təhlükəsizlik gətirəcək", - rəsmi vurğulayıb.