Вернуться назад Распечатать

Tusk: Qərb Ukraynadan Rusiyaya heç bir ərazi güzəştini qəbul etməyəcək

Qərb münaqişənin həlli zamanı Ukraynanın Rusiyaya heç bir ərazi güzəştini qəbul etməyəcək.

1xeber.media xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.

"Ukrayna ilə bağlı qərarlar Ukraynanın iştirakı ilə qəbul edilməlidir. Rusiya anlamalıdır ki, Qərb Rusiyanın Ukraynanın ərazilərdən imtina etməsini nəzərdə tutan tələblərini qəbul etmir", - Polşanın baş naziri vurğulayıb.

Tusk Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın gözlənilən görüşünü şərh edərək, Avropanın Ukrayna ilə bağlı sülh danışıqlarına yanaşmada yekdil olduğunu vurğulayıb. Siyasətçinin fikrincə, Ukraynanın ərazi bütövlüyünün qorunmasının vacibliyi təkcə Kiyevlə həmrəylik məsələsi deyil, həm də “Varşavanın öz təhlükəsizliyi məsələsidir”.

Daha əvvəl Tusk Putinlə danışıqlardan əvvəl ABŞ-ın planlarını açıqlamışdı. O qeyd edib ki, Rusiya və Amerika liderlərinin danışıqları ilə bağlı həm narahatlıqları, həm də ümidləri var.