Вернуться назад Распечатать

Zəngəzur dəhlizi ideyası gündəmdən çıxarılıb - Əraqçi

Bu tranzit yolu Ermənistanın suverenliyi altında olduğundan Zəngəzur dəhlizi məsələsi tamamilə gündəmdən çıxarılıb.

1xeber.media xəbər verir ki, bunu avqustun 11-də İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Zəngəzur dəhlizi məsələsi tamamilə kənara qoyulub. Söhbət Ermənistanın ixtiyarında və Ermənistanda da qeydiyyatdan keçmiş Amerika-Ermənistan birgə şirkətinin rəhbərliyi altında yaradılacaq tranzit yolundan gedir", - deyə Əraqçi Teleqram kanalında yazıb.

Bundan əlavə, o, bu marşrutda İslam Respublikasının tələblərinin nəzərə alındığını qeyd edərək, Amerika şirkətinin layihədə iştirakının narahatlıq doğurduğuna da diqqət çəkib. Əraqçi əlavə edib ki, regionda hər hansı xarici mövcudluq sülh və sabitliyə mənfi təsir göstərə bilər.