Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevi Rauf Göyüş oğlu Vəliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənəddə qeyd edilib ki, R.Vəliyev bu ordenlə Azərbaycan Respublikasında dəniz gəmiçiliyinin inkişafı sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə təltif edilir.
1xeber.media prezidentin təltif etdiyi Rauf Vəliyevin dosyesini təqdim edir:
Vəliyev Rauf Göyüş oğlu 1965-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub.
1990-cı ildə Leninqrad Su Nəqliyyatı İstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
1990–1997-ci illərdə "Xəzər Dəniz Neft Donanması" İdarəsinin idarəetmə aparatında mühəndis-konstruktor, gəmi tikintisi üzrə nəzarət qrupunun mühəndisi, qrup rəhbəri, İdarənin xarici əlaqələr şöbəsinin rəisi, 1997-ci ildən isə İdarə rəisinin xarici əlaqələr üzrə müavini vəzifələrində işləmişdir. 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aparatında Donanma ilə iş üzrə şöbə rəisi,[1] 2007–2013-cü illərdə ARDNŞ-nin Baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2011-ci il tarixli Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
Yeni Azərbaycan Partiyasının üzvüdür.