1xeber.media xəbər verir ki, İndi Ukraynada sülhə nail olmaq üçün “real şans” var. Bunu Ukrayna lideri Vladimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə danışıqlardan sonra Telegram kanalında bildirib.
"İndi sülhə nail olmaq üçün real şansın olduğu məqamdır. Lakin sülh dürüst və davamlı olmalı, təhlükəsizliyə təminat verilməlidir", - Zelenski yazıb.
Kiyev nümayəndəsi bildirib ki, o, Səudiyyənin vəliəhd şahzadəsinə Qərb tərəfdaşları ilə təmaslar barədə məlumat verib. Siyasətçi onu da vurğulayıb ki, o, Ukrayna və Avropa ölkələrinin iştirakı olmadan verilə biləcək istənilən qərarda “təhlükə görür”.