Вернуться назад Распечатать

Bu tarixdə Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

Dekabrın 12-də Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək

1xeber.media xəbər verir ki, Moskvada Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclası keçiriləcək. Bu barədə jurnalistlərə Rusiya Federasiyasının MDB-nin nizamnamə və digər orqanlarındakı daimi nümayəndəsi Andrey Qrozov məlumat verib.

"MDB ölkələrinin Hökumət Başçıları Şurası dekabrın 12-də Moskvada keçiriləcək", - Qrozov Minskdə Birlik ölkələrinin daimi nümayəndələrinin iclasından əvvəl qeyd edib.

MDB Dövlət Başçıları Şurasının sonuncu iclası 2023-cü il oktyabrın 13-də baş tutub. Orada xarici siyasət, təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri müzakirə olunub.