Вернуться назад Распечатать

ABŞ Qəzzaya humanitar yardım aparan təyyarələr göndərməkdən imtina etdi

ABŞ prezidenti Donald Trampın administrasiyası Qəzza zolağına humanitar yardımla hərbi təyyarə göndərməyəcək.

1xeber.media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

"Prezident Tramp Qəzzədəki fələstinlilərə kömək etmək üçün yaradıcı həllər tapmağa çağırıb. Biz Qəzza əhalisini ərzaqla təmin etmək, lakin onu radikal Fələstin hərəkatı HƏMAS-ın əlindən saxlamaq üçün istənilən effektiv səyləri alqışlayırıq", - Ağ Evin mətbuat xidməti bildirib.

Bildirilir ki, Ağ Ev humanitar yardımla hava dəhlizlərinin təşkilini mənasız və səmərəsiz hesab edir.

Bir müddət əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşü zamanı ABŞ-ın Fələstini tanımağı planlaşdırmadığını və Fələstinin radikal HƏMAS hərəkatının məhv edilməli olduğuna inandığını bildirib.