Rusiya Konstitusiyasında ölkə büdcəsinin miqrantların uşaqlarının məktəblərdə təhsil alması üçün istifadə edilməsi nəzərdə tutulmayıb.
1xeber.media xəbər verir ki, bunu Dövlət Dumasının Əmək, sosial siyasət və veteranların işləri üzrə komitəsinin sədri Yaroslav Nilov deyib.
"Konstitusiyada elə bir ifadə tapın ki, əcnəbi uşaqlar, əmək miqrantlarının övladları Rusiya vergi ödəyicilərinin hesabına təhsil alsınlar. Belə bir şey yoxdur", - deputat bildirib.