Вернуться назад Распечатать

Vilayət Eyvazovun Xaçmazda vətəndaş qəbulunun tarixi dəyişdi

Daxili işlər naziri Vilayət Eyvazovun Xaçmazda vətəndaş qəbulunun vaxtı dəyişib.

1xeber.media xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Bildirilib ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən avqustun 22-də Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi avqustun 29-a dəyişdirilib.