Вернуться назад Распечатать

Zakir İbrahimov nazir gətirilir-İDDİA

Yaxın vaxtlarda “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimovun ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyin olunması gözlənilir.

1xeber.media xəbər verir ki,Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Zakir İbrahimovun namizədliyi ilə bağlı yaxınları tərəfindən müzakirələr aparılıb.

Qeyd edək ki, 2025-ci ilin fevral ayından bəri ekologiya və təbii sərvətlər naziri postuna təyinat yoxdur. Sabiq nazir Muxtar Babayev həmin tarixdə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.