Вернуться назад Распечатать

“AZƏRBAYCANIN NEFT LAYİHƏLƏRİNİ VURMALIYIQ” - Moskvadan daha bir çirkin təhdid

Rusiya Federasiyasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Komitəsinin sədri, eyni zamanda, Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvü Kirill Kabanov Azərbaycan və azərbaycanlılara qarşı təhdid dolu paylaşım edib.

Qeyri-ruslara qarşı repressiv çağırışları ilə tanınan bu “siyasi-ictimai xadim” hesab edir ki, Azərbaycanın xüsusilə Ukraynadakı neft layihələrinə zərbə vurmaq, Azərbaycan diasporasının işləməsini qadağan etmək, hətta Rusiyada Heydər Əliyevin abidələrini yığışdırmaq lazımdır.

“Mənə elə gəlir artıq hər kəsə aydındır ki, kim Rusiyanın dostudur, kim dostu deyil. Azərbaycan artıq Rusiya ilə “dostluq” oyununa da oynamaq istəmir. Türkiyə, ABŞ, Britaniya, Ukrayna – bunlardır indi Azərbaycanın əsl dostları və müttəfiqləri. Lap yaxşı. İndi Azərbaycanın Ukraynadakı neft nöqtələrinə dəqiq zərbələri çoxaltmaq, onların diasporunun Rusiyadakı bütün bizneslərini qapatmaq və nəhayət, ölkəmizin ərazisindəki Heydər Əliyevin heykəllərini yığışdırmaq lazımdır”, - deyə bildirib.

Göründüyü kimi, Rusiyanın Kabanov kimi donuz beyinli “ura-patriotları” və onların Kremldəki himayədarları bütün əndazələri keçərək, açıq şantaj, təhidid və hədə-qorxu ilə danışırlar. Azərbaycanda hələ də Rusiyanın mövqeyini müdafiə edənlər bu cür bəyanatları diqqətlə oxusalar pis olmaz. Artıq Azərbaycana qarşı açıq düşmənçilik dilinin birbaşa Kremldən formalaşdırıldığı və bu düşmənçiliyin getdikcə sözdən əmələ keçməyə başladığını korlar da görür…

“AzPolitika.info”