Вернуться назад Распечатать

Ötən il xərçəng xəstəliyi diaqnozu qoyulanların sayı açıqlandı

2024-cü ildə 15 164 nəfərə ayrı-ayrı lokalizasiyalar üzrə bədxassəli şiş diaqnozu qoyulub.

1xeber.media xəbər verir ki, bu, “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz əksini tapıb.

Məlumata əsasən, bu rəqəm 2023-cü ildə 13 666 nəfər olub.

2024-cü ildə tibb müəssisələrində qeydiyyatda olan bədxassəli şiş diaqnozlu xəstələrin sayı 73 875 nəfər olub. 2023-cü ildə bu rəqəm 69 435 nəfər olub.