Вернуться назад Распечатать

Dövlət Agentliyi rəsmi portala yanlış məlumatlar yerləşdirir

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabeliyində olan bəzi elmi müəssisə və təşkilatlar Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

1xeber.media xəbər verir ki, Fərmanın verilməsindən 3 il ötsə də, dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) nazirliyin tabeliyinə verilən elmi müəssisə və təşkilatların bəzilərinin hələ də AMEA-nın tərkibində olduğu göstərilir.


Adları qeyd olunan bəzi elmi müəssisə və təşkilatlar Elm və Təhsil Nazirliyinin tabeliyində olsalar da, portalda onların AMEA-nın tabeliyində olduğu bildirilir.
İnformasiya Texnologiyaları İnstitutu;
Fizika İnstitutu;
Genetik Ehtiyatlar İnstitutu;
Radiasiya Problemləri İnstitutu;
Polimer Materialları İnstitutu;
Riyaziyyat və Mexanika İnstitutu;
Geologiya və Geofizika İnstitutu;
İqtisadiyyat İnstitutu;
İdarəetmə Sistemləri İnstitutu;
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu.


Azərbaycan  Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilən “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin 1.3.-cü bəndində göstərilir ki, portalın fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını onun operatoru olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təmin edir.