Вернуться назад Распечатать

Emin Əmirullayev 2 nəfərlik çarpayı üçün mələfə,yorğan üzü, balış üzünə 285 min manat xərcləyəcək

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Yataq dəstlərinin satın alınması  üzrə keçirilən tenderin qalibi bəlli olub.

1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, satınalmanın qalibi "VEST SUPPLY" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Tərəflər arasında 285.560 AZN-lik müqavilənin bağlanması gözlənilir.

Tenderə əsasən 2 nəfərlik çarpayı üçün mələfə, 2 nəfərlik çarpayı üçün yorğan üzü, 2 nəfərlik çarpayı üçün balış üzü alınacaq.  

Bildirək ki, Şirkətin qanuni təmsilçisi Laçın Xabibullayeva Fətulla qızı, nizamnamə kapitalı isə 20 manatdır.

Qeyd edək ki, İdarənin müdiri Valeh Mirzalıyevdir.