Вернуться назад Распечатать

NATO Müdafiə Nazirliyi Zelenskini Ukrayna məsələsində güzəştə getməyə çağırıb

Ukrayna prezidenti Vladimir Zelenski münaqişənin həlli üçün danışıqlarda güzəştə getməli olacaq.

1xeber.media xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Qido Krosetto “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

"Zelenski bilir ki, üç illik müharibədən sonra onun qarşıya qoyduğu vəzifələr dəyişdirilməlidir, o, hər şeyi əldə edə bilməz və ədalətli və məqbul olan arasında kompromis tapmalıdır", - müdafiə naziri bildirib.

Eyni zamanda, Krosetto etiraf edib ki, Avropa İttifaqı (Aİ) hazırda Ukrayna üzrə danışıqlarda ciddi rol oynamır. "Aİ-nin sammitdə iştirakı gələcəkdə təhlükəsizliyi təmin etməyəcək. Aİ indiki formada dövlət qurumu deyil", - o əlavə edib.

Bundan əvvəl məlum olub ki, ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı və Avropa ölkələrinin liderləri ilə videokonfrans zamanı Rusiya prezidenti Vladimir Putinlə Ukrayna əraziləri məsələsini müzakirə etməyəcəyinə söz verib.