Yəmənin Ənsar Allah hərəkatının husiləri Fələstin-2 ballistik raketi ilə İsrailin Tel-Əvivdəki Ben Qurion hava limanına hücum edib.
1xeber.media xəbər verir ki, bu barədə avqustun 14-də hərəkatın hərbi sözçüsü Yəhya Sariya məlumat verib.
"Yəmən Silahlı Qüvvələrinin raket qüvvələri Fələstin-2 hipersəs ballistik raketindən istifadə etməklə Yaffadakı Lod hava limanına (Ben Qurion hava limanı. - Red.) qarşı yüksək keyfiyyətli hərbi əməliyyat həyata keçirib", - o, Teleqram kanalında açıqlamasında bildirib.
Əməliyyatın məqsədinə nail olunduğu, nəticədə hava limanının fəaliyyətinin dayandırıldığı dəqiqləşdirilir.