Вернуться назад Распечатать

Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində investisiya həcmi 14,7 milyon manatdan çox olan 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 6 müəssisə artıq fəaliyyətə başlayıb.

1xeber.media xəbər verir ki,  bu barədə Trend İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 2,12 milyon manat investisiya yatırılıb, 70-dən artıq daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 12,6 milyon manat investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Masallı Sənaye Məhəlləsi ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması ilə yanaşı, həmçinin qeyri-neft sənayesi məhsullarının istehsalının artırılmasında və ixracının genişləndirilməsində mühüm rol oynayır.

Belə ki, Sənaye Məhəlləsində indiyədək 15,9 milyon manatlıq məhsul istehsalı həyata keçirilib. Həmçinin, bu ilin I yarısında 1,5 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15% çoxdur.