Rusiya Prezidenti Vladimir Putin Alyaskada Donald Trampla keçiriləcək görüşə hazırlıq çərçivəsində iclas keçirib.
1xeber.media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu gün Vladimir Putin Alyaskada keçiriləcək Rusiya-Amerika sammitinə hazırlıq çərçivəsində Rusiyanın ali rəhbərliyinin üzvləri, həmçinin hökumət və Prezident Administrasiyasının nümayəndələri ilə görüş keçirib”, - Peskov bildirib.