Вернуться назад Распечатать

Fəridə Babasoyun böyük uğuru

Azərbaycan gənclərinin öz savad və bacarıqları ilə hər zaman dünya ölkələrində ön sıralarda olması sadəcə qürürverici haldır.

Tibb sahəsində keyfiyyət və peşəkarlıq hər zaman pasiyentlərin sağlamlığı üçün ən vacib meyar olub. Bu gün Azərbaycanda dermatologiya üzrə seçilən, minlərlə pasiyentin etimadını qazanmış Dermatoloq Fəridə Babasoy, ölkəmizdə nadir həkimlərdən biri olaraq Hacettepe Universiteti Tibb Fakültəsinin rəsmi akreditasiya diplomuna layiq görülüb.

1xeebr.media bildirir ki,Hacettepe Universiteti — Türkiyənin və dünyanın ən prestijli tibb universitetlərindən biridir. Onun tibb fakültəsi, həm Türk, həm də İngilis bölmələri ilə beynəlxalq standartlara cavab verir və TEPDAD (Tıp Eğitimi Programlarını Değerlendirme ve Akreditasyon Derneği) tərəfindən akkreditasiya olunmuşdur. Bu, təhsil və peşə hazırlığının dünya səviyyəsində tanındığının rəsmi sübutudur.

Niyə bu diplom önəmlidir?
• Yüksək keyfiyyət göstəricisi: Bu diplom yalnız ən yüksək tibbi standartlara cavab verən mütəxəssislərə təqdim olunur.
• Beynəlxalq etiraf: Diplom Avropa və digər beynəlxalq səhiyyə qurumlarında da tanınır.
• Azərbaycanda nadir: Bu sənədə sahib olan dermatoloqların sayı ölkəmizdə cəmi üç nəfərdir. Onlardan biri də tanınmış dermatoloq Fəridə Babasoydur.
Uzun illərin təcrübəsinə malik olan Fəridə Babasoy:
• Dəri xəstəliklərinin müalicəsində müasir metodlardan istifadə edir.
• Estetik dermatologiyada ən son texnologiyaları tətbiq edir.
• Xidmətində elmi əsaslı, pasiyent yönümlü yanaşma ön plandadır.
• Hər pasiyentin fərdi ehtiyacına uyğun müalicə planı hazırlayır.
Hacettepe Universitetindən alınmış bu prestijli diplom, Fəridə Babasoyun peşəkarlığını bir daha təsdiqləyir və pasiyentlər üçün tam etibar simvoluna çevrilir.
Bir sözlə,peşəkarlığın və zövqün ünvanı-Fəridə Babasoy