Вернуться назад Распечатать

Füzuli Rayon Mərkəzi Xəstəxanasının 35 min manatlıq alış-verişi ləğv edildi

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyində olan Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən elan edilən mal-material və inventarların satınalınması müsabiqəsi ləğv olunub.

 Ləğv qərarı nəzarət orqanı tərəfindən verilib. Satınalmanın ümumi dəyəri 35 954,60 AZN olaraq nəzərdə tutulurdu.

Müqavilə çərçivəsində xəstələr üçün şəpit, kişi və qadın xəstə geyimi, mələfə, yataq dəsti, əl-üz dəsmalı, yun ədyal və ağ xalat alınması planlaşdırılırdı.