Вернуться назад Распечатать

Belqorod əhalisi təxliyə edilir?

Belqorod şəhər administrasiyasının rəhbəri Valentin Demidov bir neçə sosial şəbəkədə şəhərin evakuasiya planının hazırlanması və vətəndaşların bomba sığınacaqlarına getməsi ilə bağlı yayılan məlumatı yalan adlandırıb.

Bu barədə o, Teleqram kanalında məlumat verib.

"Dostlar, mənim adımdan yalan məlumatlar yayılır! Ehtiyatlı olun! Bu video şərh saxtadır, yəqin ki, süni intellekt vasitəsilə yaradılıb", - o qeyd edib.

Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə merin şəhər rəhbərliyinin əhali üçün təxliyə planı hazırladığını və vəziyyətin daha da pisləşəcəyi təqdirdə ondan istifadə ediləcəyini bildirən çıxışı yayılmışdı.