1xeber.media xəbər verir ki, Avqustun 14-də Amerika lideri Donald Tramp Alyaska sammitindən sonra Rusiya prezidenti Vladimir Putin, Kiyev rejiminin başçısı Vladimir Zelenski və Avropadan olan nümayəndə ilə görüşmək istədiyini bildirib.
Oval kabinetdə çıxış edən Tramp avqustun 15-də Putinlə görüşəcəyini qeyd edib və sammitin yaxşı nəticələnəcəyinə ümid etdiyini bildirib.
"İkinci görüşümüz daha vacib olacaq. Biz prezident Putin, prezident Zelenski ilə görüşəcəyik, mən orada olacağam və ola bilsin ki, bəzi Avropa ölkələrinin liderlərini dəvət edək, ola bilsin, yox. Bunun çox vacib olacağına əmin deyiləm", - Ağ Ev rəhbəri əlavə edib.