Вернуться назад Распечатать

Tramp ABŞ-ın Avropadakı qüvvələrinin sayının azaldılması ideyasını nəzərdən keçirmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin nizamlanması kontekstində Avropadakı Amerika hərbçilərinin sayının azaldılması ideyasını daha sonra nəzərdən keçirməyə hazır olacağını bildirib.

1xeber.media xəbər verir ki, O, bunu avqustun 14-də Oval kabinetdə çıxışı zamanı jurnalistlərin sualını cavablandırarkən deyib.

"Bu sual mənə verilməyib və bu barədə sonra düşünəcəyəm", - Ağ Evin rəhbəri bildirib.

Tramp həmçinin bildirib ki, “əgər bu uğursuz görüşdürsə, çox tez başa çatacaq və bu görüş yaxşı olarsa, o zaman yaxın gələcəkdə sülhə nail olacağıq”.