1xeber.media xəbər verir ,Rusiya lideri Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın təhlükəsizliyini şübhə altına alıb. Qazaxıstana dövlət səfərindən sonra keçirilən mətbuat konfransında o xatırladıb ki, ABŞ-da respublikaçılara qarşı tamamilə qeyri-sivil mübarizə üsullarından, o cümlədən adam öldürməyə cəhddən istifadə olunub.
“Mən təəccübləndim ki, Trampa qarşı qeyri-sivil mübarizə üsullarından, o cümlədən adam öldürməyə cəhddən dəfələrlə istifadə edilib. Yeri gəlmişkən, mənim fikrimcə, o, indi də təhlükəsiz deyil”, - Putin bildirib.
Rusiya lideri ABŞ-ın daxili siyasi mübarizəsində Tramp ailəsinə edilən hücumlardan hiddətlənərək, Rusiyada hətta quldurların belə etmədiyinə işarə edib.
Dövlət başçısı Ağ Evin hazırkı rəhbəri Co Baydenin administrasiyasının Moskva ilə münasibətlərdə Trampa çətinlik yaratmağa çalışdığını da istisna etməyib.