Вернуться назад Распечатать

Pezeşkian Azərbaycan mövzusunda qohumbazlıq edir – İDDİA

SEPAH-ın istefada olan generalı, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş sədr müavini Mənsur Həqiqətpur İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkianı "pantürk hərəkatının tərəfdarı" adlandırıb.

1xeber.media xəbər verir ki, Həqiqətpur “Iran24” telekanalına müsahibəsində bildirib:
“Pezeşkianın Azərbaycan mövzusuna qohumbazlıq yolu ilə yanaşması yanlış və vulqardır. Prezidentin Zəngəzur məsələsi ilə bağlı fikri bəsitdir. Prezident bu məsələlərdə, oğlu istisna olmaqla, əsl mütəxəssislərin rəylərindən istifadə etməlidir. Mən onun oğlunun fikirlərini qəbul etmirəm”.