Вернуться назад Распечатать

Qod Nisanov oğluna toy edir

Rusiyanın Azərbaycan əsilli milyarderi Qod Nisanov oğluna toy məclisi təşkil edir.

1xeber.media xəbər verir ki,Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, toy iş adamının özünə məxsus sarayların birində təşkil olunacaq.

Qod Nisanovun qohum olduğu ailəyə gəlincə, bildirilir ki, iş adamı öz yaxın qohumları ilə quda olur.

Qod Nisanovun Azərbaycanın yüksək vəzifəli şəxslərlə yaxınlığını nəzərə alsaq, o zaman həmin şəxslərin də toya dəvətli olması şübhə doğurmur.

Ancaq son zamanlar Rusiya ilə yaşanan gərginlik fonunda azərbaycanlı nazirlərin bu toya gedəcəyi inandırıcı deyil.