Вернуться назад Распечатать

İcra hakimiyyətləri LƏĞV OLUNUR? - AÇIQLAMA

Azərbaycanda icra hakimiyyətlərinin ləğv olunması məsələsi yenidən müzakirə mövzusuna çevrilib.

Məlum olduğu kimi, artıq ölkəmizin bir sıra bölgələrində Prezidentin xüsusi nümayəndəlikləri fəaliyyət göstərir. Xüsusi nümayəndəlik institutunun digər bölgələrdə tətbiq oluna biləcəyi məsələsi də tez-tez gündəmə gəlir.

Bu isə ölkəmizdə idarəetmə modelində yeni dəyişikliklərin ola biləcəyi ehtimalını gücləndirir.

1xeber.media xəbər verir ki,mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Elman Nəsirov bildirdi ki, icra hakimiyyətlərinin gələcək fəaliyyəti ilə bağlı islahatların aparılması istisna deyil:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev islahatçı dövlət başçısıdır. 22 illik prezidentliyi dövründə ölkənin idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində çoxsaylı islahatlar həyata keçirilib. Qarabağda və Naxçıvanda tətbiq edilən prezidentin xüsusi nümayəndəlikləri artıq özünü doğruldub. Dövlət başçısı bir neçə dəfə çıxışlarında vurğulayıb ki, bu institutun tətbiqi müsbət nəticə verərsə, ölkə üzrə də genişləndirilə bilər. Deməli, icra hakimiyyətləri ilə bağlı da dəyişikliklərin baş verməsi istisna deyil”, - deyə deputat bildirib.


Elman Nəsirovun sözlərinə görə, yaxın vaxtlarda bu məsələyə daha aydın şəkildə münasibət bildirilməsi gözlənilir:

“İcra hakimiyyətlərinin gələcək taleyi tam olaraq dövlət başçısının səlahiyyətindədir. Ona görə də bu istiqamətdə hansı qərarın veriləcəyini prezident müəyyənləşdirəcək”.