Вернуться назад Распечатать

İran silahlarını daşıyan rus gəmisi VURULDU

Rusiyanın Həştərxan vilayətində “Port Olya 4” adlı quru yük gəmisinin batması ilə bağlı görüntülər yayılıb.

1xeber.media xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Məlumatda bildirilir ki, gəmi İrandan Rusiyaya “Shahed” tipli pilotsuz uçuş aparatlarının ehtiyat hissələri və müxtəlif sursatlar daşıyırmış.

Qeyd edək ki, cümə axşamı, avqustun 14-də Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat bölmələri Rusiyanın Həştərxan vilayətinin Olya dəniz limanına zərbələr endirib. Hücum zamanı “Port Olya-4” quru yük gəmisi vurulub.