Вернуться назад Распечатать

ABŞ-ın müdafiə naziri Heqset də prezidentlərin Alyaska sammitində iştirak edəcək - Pentaqon

1xeber.media xəbər verir ki, ABŞ Müdafiə Naziri Pit Heqset də cümə günü prezidentlər Vladimir Putin və Donald Trampın danışıqlar aparacağı Alyaskanın Ankoric şəhərində olacaq, ABŞ Müdafiə Nazirliyi bildirib.

Ağ Evin daha əvvəl verdiyi məlumata görə, ABŞ nümayəndə heyətinə Heqsətdən başqa, dövlət katibi Marko Rubio, ticarət naziri Hovard Lutnik, maliyyə naziri Skott Bessent, prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff də daxildir.

Alyaska sammitində Rusiya nümayəndə heyətini prezidentin köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev təmsil edir. Kremlin daha əvvəl xəbər verdiyi kimi, prezidentlərin Ankoric görüşündən əlavə, nümayəndə heyətlərinin “beş-beş” formatında görüşünün də baş tutacağı gözlənilir; beşliklərin tərkibi dəqiqləşdirilməyib.