1xeber.media xəbər verir ki, Əfqanıstanda hakim Taliban hərəkatının lideri Hibatullah Axundzadə hökumət nazirlərinə titullarında “müvəqqəti” sözünü işlətməyi dayandırmağı əmr edib.
Agentlik bu qərarı artıq hakimiyyətdə olan nazirlər kabinetinə rəsmi statusun verilməsi cəhdi adlandırıb.
Axundzadə nazirləri cəmiyyətə xidmət etməyi və şəriətə (İslam qanunlarına) əməl etməyi üstün tutmağa çağırıb.
Taliban dörd il əvvəl hakimiyyətə gəlib, lakin onun qurduğu hökumət dünyanın əksər ölkələrində tanınmır.