Вернуться назад Распечатать

Masallıda qaz olmayacaq

Avqustun 18-dən Masallının bəzi ərazilərində qaz olmayacaq.

1xeber.media xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Masallı rayonu ərazisində, Boradigah yolu istiqamətində yerləşən orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsi ilə əlaqədar, 18 avqust 2025-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək Tüklə, Türkoba, Bədəlan, Babaser kəndləri və Boradigah qəsəbəsi də daxil olmaqla 5 yaşayış məntəqəsində, ümumilikdə 6000 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyirik. Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik”, - məlumatda qeyd edilib.