Вернуться назад Распечатать

Rusiya məhkəməsi Şahin Şıxlinski barəsində həbs qərarı verdi

Avqustun 2-də ikinci dəfə saxlanılan Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski istintaq təcridxanasına buraxılıb.

1xeber.media “Minval Live”a əsasən xəbər verir ki, Sverdlovsk vilayətindəki diaspor rəhbərinin müdafiəsi azadlığa buraxılması üçün ərizə ilə müraciət etsə də, Moskva Şəhər Məhkəməsi şikayəti təmin etməyib. Şıxlinski sentyabrın 17-dək həbsdə qalacaq.

Xatırladaq ki, iyunun 1-də Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski saxlanılmışdı. Onların saxlanma zamanı zorakılığa məruz qaldığı ilə bağlı görüntülər yayılmışdı. Daha sonra hər ikisi azadlığa buraxılsa da, onun oğlu M. Şıxlinski yenidən saxlanılaraq 2 aylıq həbsə məhkum edildi.