Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” barıt istehsalı zavodunda yanğın və partlayış baş verib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 5 nəfər ölüb, 74 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də insanların qaldığı bildirilir.
100-ə yaxın işçi təxliyə olunub.
Partlayışın səbəbi barıt istehsal olunan sexdə təhlükəsizlik qaydalarının pozulması göstərilib.
***
Rusiyanın Ryazan vilayətinin Şilovo rayonunda yerləşən “Elastik” zavodunda baş verən partlayış nəticəsində yaralananların sayı 100 nəfəri keçib.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***
Rusiya Fövqəladə Hallar Nazirliyi baş verən yanğının nəticələrini aradan qaldırmaq üçün 100 nəfərdən ibarət iki briqadanı əraziyə göndərib.