Вернуться назад Распечатать

Alyaska sammiti Ukraynada gərginlik yaratdı: Zelenski təşvişdə

Ukrayna Prezidenti Volodimir Zelenski və onun yaxın ətrafı Alyaskada keçiriləcək Rusiya  –ABŞ danışıqları zamanı ciddi gərginlik hiss edir.

1xeber.media xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.

Nəşrin adının açıqlanmasını istəməyən ukraynalı rəsmi mənbəyə istinadən verdiyi məlumata görə, sammitin gündəliyində Ukraynanın gələcəyinə təsir göstərə biləcək mühüm məsələlərin yer alması Kiyevdə narahatlıq yaradıb.

“Volodimir Zelenskinin və onun yaxın ətrafının əhval-ruhiyyəsi sammit fonunda gərgin olaraq qalır”, – mənbə bildirib.

Onun sözlərinə görə, Kiyev Alyaska danışıqlarının Ukraynanın iştirakı olmadan hansısa razılaşma ilə nəticələnməsindən ehtiyat edir.