1xeber.media xəbər verir ki, Roskosmos Dövlət Korporasiyası Telegram-da Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüş yerinin peyk görüntülərini dərc edib.
“Roskosmos” peyki ABŞ-ın Alyaska ştatının Ankoric şəhərinin şəklini çəkib”, - fotonun altında yazılıb.
O, həmçinin qeyd edir ki, birinci fotoşəkil Resurs-P kosmik gəmisi, ikincisi isə Elektro-L/Arktika-M tərəfindən çəkilib. Görüntülərdən dövlət korporasiyası Amerika şəhəri üzərində havanın buludlu olduğu qənaətinə gəlib.