Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş əvvəllər nəzərdə tutulduğu kimi təkbətək deyil, nazirlərin iştirakı ilə üçə üç formatında keçiriləcək.
1xeber.media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Agentliyin məlumatına görə, Trampa dövlət katibi Marko Rubio və ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Vitkoff da qoşulacaq.
Avqustun 15-də Alyaskada Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar keçiriləcək. Bir gün əvvəl Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov məlumat vermişdi ki, görüş Moskva vaxtı ilə saat 22:30-da tərcüməçilərin iştirakı ilə təkbətək formatda başlayacaq. Daha sonra Ağ Ev görüşün saat 22:00-da başlayacağına aydınlıq gətirib.