Rusiyanın xarici işlər naziri Sergey Lavrov və nümayəndə heyətinin digər üzvləri ilə birlikdə Rusiya nümayəndə heyətinin korteji Ankoricdəki oteli tərk edib.
1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, onların Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Trampın sammitinin keçiriləcəyi Elmendorf-Riçardson aviabazasına yollandığı ehtimal edilir.
Bu gün, avqustun 15-də Alyaskada Rusiya və Amerika liderlərinin görüşü baş tutacaq. Əsas mövzu Ukrayna münaqişəsinin həlli olacaq. Sammit əvvəlcə nəzərdə tutulduğu kimi “birə bir” deyil, “üçdən üçə” formatında keçiriləcək. Ağ Ev dəqiqləşdirib ki, Donald Trampa dövlət katibi Marko Rubio və Amerika liderinin xüsusi nümayəndəsi Stiv Vitkoff da qatılacaq.