Вернуться назад Распечатать

Putin Trampla görüşə Sadıqovu apardı

  Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Ankoricdə danışıqları keçirildi.

1xeber.media bildirir ki, “Agentstvo”nun xəbərinə  görə, Rusiya tərəfindən prezidentin sözlərini 2018-ci ildə Helsinkidə keçirilən sammitdə də tərcüməçilik etmiş Rusiya XİN əməkdaşı Aleksey Sadıqov tərcümə edib.
Qeyd edək ki, 2015-ci ildə Sadıqov Putini həmin vaxt ABŞ-ın dövlət katibi olan Con Kerri ilə görüşdə, eləcə də 2012-ci ildə London Olimpiya Oyunlarının açılışında müşayiət edib. Həmin tədbirdə Putin Böyük Britaniyanın Baş naziri Devid Kemeronun yanında əyləşmişdi.