Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə düşünməyə ehtiyac yoxdur.
1xeber.media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus” telekanalına deyib.
“Bu gün baş verənləri nəzərə alsaq, məncə, indi bu barədə düşünməyə ehtiyac yoxdur. Bilirsiniz, məncə, görüş çox yaxşı keçdi", - Tramp əlavə edib.
Buna baxmayaraq, ABŞ lideri gələcəkdə sanksiyalar məsələsinin yenidən gündəmə gələ biləcəyini istisna etməyib:
"Ola bilər ki, mən bu barədə iki və ya üç həftədən sonra düşünməli olacam. Amma indi bu barədə düşünməyə ehtiyac yoxdur".
Qeyd edək ki, ötən gün Alyaskada Donald Tramp və Vladimir Putin arasında görüş baş tutub.